Dekabrın 9-da saat 20 radələrində Lerik rayonu Vamazqon kəndində Masallı rayon sakini 47 yaşlı Ədalət Şiriyevin ov tüfəngindən açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, hadisə Lerik rayon sakini, 45 yaşlı Əmir Litfiyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verib..
Hadisə yerinə polis və prokurorluğun əməliyyat-axtarış, əməliyyat-istintaq qrupu cəlb edilib. Araşdırma aparılır.