Rusiyanın Primorski diyarında kişi bir keçmiş sevgilisini izləyib və masajçı kimi işləyə bilməməsi üçün onun əllərini dişləyib.
Lent.az yerli mediaya istinadla bildirir ki, 22 yaşlı Vladivostok sakini keçmiş sevgilisi tərəfindən təqib edilir. Qızın anasının dediyinə görə, kişi qızını döyür və əllərini dişləyir ki, o, masajçı kimi işləməsin.
Qadın sevgilisi onu döydüyü üçün bir il əvvəl ayrılıb, o vaxtdan kişi qızın arxasınca düşüb, sonuncu hücumu bir neçə gün əvvəl olub. Zərərçəkənin dediyinə görə, keçmiş sevgilisi ortaq dostunun ad gününə gəlib və onu şüşə qapılı şkafın içinə atıb.
Bədəni qanayan qız qaçmağa çalışıb, lakin kişi onu tutub şiddətlə döyüb və əllərini şüşə ilə kəsib. Ailə hüquq-mühafizə orqanlarına şikayət etsə də, cinayət işi başlanmayıb.