Marşrut avtobusu  “KamAZ”a çırpıldı,   yaralanan var
20 sentyabr 2023 23:12 (UTC +04:00)

Marşrut avtobusu “KamAZ”a çırpıldı, yaralanan var

Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza şəhər şossesində qeydə alınıb. 

Belə ki, idarəetməni itirən 40 nömrəli marşrut avtobusunun sürücüsü nəqliyyat vasitəsini “KamAZ” markalı yük avtomobilinə çırpıb. Hadisə zamanı avtobusda olan bir sərnişin xəsarət alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Avtobus yararsız vəziyyətə düşüb. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4058

Oxşar yazılar