“Marriott” otelində American Airlines şirkətinin stüardessasının meyiti tapılıb.
Lent.az xarici mediaya istinadən bildirir ki, hadisə Filadelfiya hava limanında baş verib.
Polisə təmizlik xidmətinin əməkdaşları məlumat verib. Müstəntiqlər 66 yaşlı qadının ağzında corab olduğunu bildiriblər. Onun adı açıqlanmayıb.
Filadelfiya polisi cəsədin üzərində zorakılıq əlamətlərinin olmadığını və hadisə yerində heç bir silah tapılmadığını bildirib. Məlum olub ki, otaqda möhürlənmiş bir neçə butulka reseptlə yazılmış dərman preparatları olub.
Məlumatda o da qeyd olunur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni şübhəli hesab ediblər. Hazırda faktla bağlı araşdırma aparılır.