Binəqədi rayonu ərazisindəki marketlərin birində Bakı şəhər sakini G.Quliyevanın içərisində pulu və bank kartı olan cüzdanı oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini X.Məmmədova müəyyən olunaraq saxlanılıb.