Mais Bərxudarovun sürücüsü  qəzada öldü - YENİLƏNİB
18 dekabr 2025 12:29 (UTC +04:00)

Mais Bərxudarovun sürücüsü qəzada öldü - YENİLƏNİB

0

Salyanda baş verən yol qəzasında ölən şəxslə bağlı yeni faktlar məlum olub.

Lent.az unikal.az-a istinadla xəbər verir ki, Ələt-Astara magistralının Kür çayı üzərindən keçən hissəsində “VAZ” markalı avtomobil qəzaya uğrayıb. Nəticədə Neftçala rayon Xıllı kənd sakini 37 yaşlı Zeyqəm Kamil oğlu İbrahimov həlak olub.

Bildirilib ki, Z. İbrahimov hərbçi olub. O, Vətən müharibəsində iştirak edib və ağır yaralanıb.

Zeyqəm İbrahimov daha əvvəl sabiq korpus komandiri general-leytenant Mais Bərxudarovun sürücüsü kimi də xidmət edib.

***
09:06

Salyanda baş verən qəzada ölən və yaralanan var.

Hadisə Salyan şəhərinin girişində baş verib.

Avtomobillərin toqquşması nəticsində bir nəfər ölüb. Yaralılar xəstəxanaya yerləşdirlib.

Hadisə yerinə FHN xilasedciləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./ APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1244

Oxşar yazılar