Mahaçqalada polislər güllələndi:  Ölənlər var - VİDEO  - YENİLƏNİB
05 may 2025 17:54 (UTC +04:00)

Mahaçqalada polislər güllələndi: Ölənlər var - VİDEO - YENİLƏNİB

İlkin məlumata görə, Mahaçqalada atışma zamanı 7 nəfər yaralanıb.

Lent.az Rusiya KİV-nə istinadla xəbər verir ki, bu rəqəmi Dağıstanın Səhiyyə Nazirliyi açıqlayıb.

Yaralılar arasında iki mülki vətəndaşın olduğu bildirilib. 17 yaşlı qız yaralanıb. Həkimlər onun vəziyyətinin ağırlığını orta ağır qiymətləndirirlər.

Yaralılar arasında iki polis əməkdaşı da var. Onların hamısına Respublika Klinik Xəstəxanasında yardım göstərilməyə başlamılıb.

Qeyd edək ki, hadisə zamanı ölən polis əməkdaşlarının sayı ilə bağlı hələ ki dəqiq məlumat yoxdur. Bəzi mənbələr 3, digərləri isə 1 polis əməkdaşının öldüyünü bildirir.

***

16:20

Mahaçqalada sürücü polis əməkdaşları onun idarə etdiyi avtomobili saxlamaq istəyən zaman onlara atəş açıb. 

Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, polisə hücumla bağlı təfərrüatları Dağıstanın rəhbəri Sergey Melikov öz Telegram kanalında verib.

"Mahaçqalada atışmanın hansı şəraitdə baş verdiyini araşdırırıq. İlkin məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları maşını saxlamağa çalışsalar da, sürücü buna əməl etməyib və onlara atəş açıb", - Melikov yazıb.

Onun məlumatına görə, hüquq-mühafizə orqanları əməkdaşlarına hücum nəticəsində itkilər var, xüsusi xidmət orqanları vəziyyəti araşdırır. 

Dağıstanın rəhbəri Mahaçqala sakinlərini və şəhərə gələn qonaqları sakitliyə və təhlükəsizlik tədbirlərinə çağırmağa, yalnız rəsmi məlumatlara etibar etməyə çağırıb.

***

16:06

Kərimov küçəsində atışma zamanı bir polis həlak olub. Atəş açan 30 yaşlı kişi olub, o cavab atəşi ilə məhv edilib.

Lent.az bildirir ki, "Mash"ın məlumatına görə, hadisə zamanı 12 yaşlı qız yaralanıb - onun qoluna qəlpə parçası dəyib.

***

16:02

Mahaçqalada polis əməkdaşlarına atəş açanlardan biri məhv edilib.

Lent.az bildirir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

***

15:53

Mahaçqalada 3 yol polisi əməkdaşı güllələnib. 

Lent.az bildirir ki, bu barədə “112” Telegram kanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, polislərə hücum edən iki nəfər olub və onlar polis əməkdaşlarına güclü atəş açıblar. 

Qeyd olunur ki, hücumdan sonra cinayətkarlar təhlükəsizlik qüvvələrinin xidməti avtomobilini oğurlayaraq avtomobillə qaçıblar. Obların ələ keçirilməsi planı elan edilib və şübhəlilərin şəxsiyyətləri müəyyənləşdirilir.

Məlumata görə, hadisə zamanı 3 polis əməkdaşı ölüb, yaralılar da var.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2534

Oxşar yazılar

Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

22 iyun 2025 , 14:25
Ramanada sursat aşkarlandı-VİDEO

Ramanada sursat aşkarlandı-VİDEO

22 iyun 2025 , 11:45
Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

22 iyun 2025 , 10:49
Bakıda yataqxanada yanğın oldu

Bakıda yataqxanada yanğın oldu

22 iyun 2025 , 10:08
Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

22 iyun 2025 , 00:35
Sumqayıtda kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti tapıldı

21 iyun 2025 , 22:46
Cəlilabadda ağır qəza, bir nəfər öldü

Cəlilabadda ağır qəza, bir nəfər öldü

21 iyun 2025 , 20:12
DTX-nın saxladığı  icra başçısı  həbs olundu

DTX-nın saxladığı icra başçısı həbs olundu

21 iyun 2025 , 20:05