Moskva vilayətində zəncirvari yol qəzası olub.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə səhər saatlarında Ximki şəhərində M-10 magistralının 31-ci kilometrliyində baş verib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. 12 avtomobilin toqquşduğu ərazidə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılmalı olub. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunub.
Zəncirvari qəzanın səbəbləri açıqlanmayıb.