Lənkəranda üzərində narkotik maddəsi  tapılan şəxs tutuldu
23 iyun 2023 11:22 (UTC +04:00)

Lənkəranda üzərində narkotik maddəsi tapılan şəxs tutuldu

Lənkəranda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Lənkəran rayon sakini Rəhimov Camal Mirzəmməd oğlu rayon ərazisində tutulub. 

Şübhəli şəxs polis şöbənin inzibati binasına gətirilib və üzərində şəxsi axtarış aparılarkən ondan bir ədəd sellofan bükümdə 11,784 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1785
avatar

Sevinc Fərid

Oxşar yazılar