Lənkəranda qəza-Şəhid atasının vəziyyəti ağırdır -FOTO
09 iyun 2024 11:50 (UTC +04:00)

Lənkəranda qəza-Şəhid atasının vəziyyəti ağırdır-FOTO

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə bu səhər köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Göyşaban kəndi ərazisində baş verib.

Lənkəran rayonunun Viravul kənd sakini 1961-ci il təvəllüdlü Əlövsət Ağamalı oğlu Məmmədov idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib, nəqliyyat vasitəsi yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə sürücü və sərnişin - sürücünün həmkəndlisi 1947-ci il təvəllüdlü Şakir Əliağa oğlu Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Həkimlər onlara sağ baldırın aşağı 1/3 - nin sınığı, üst dodağın kəsilmiş yarası, döş qəfəsinin və hər iki baldırın küt travması diaqnozu qoyublar.

Vəziyyəti daha ağır olan 77 yaşlı Şakir Həsənova ilkin tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilib. Sürücünün müalicəsi təcili yardım şöbəsində davam etdirilir.

Qeyd edək ki, qəzada xəsarət alan Şakir Əliağa oğlu Həsənov Birinci Qarabağ müharibəsində şəhid olan Rüfət Həsənovun atasıdır.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2208
avatar

Oxşar yazılar