Lənkəranda QƏZA:   56 yaşlı kişi öldü
06 iyun 2023 23:55 (UTC +04:00)

Lənkəranda QƏZA: 56 yaşlı kişi öldü

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-nın cənub bürosuna istinadən xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran-Boradigah yolunun, Lənkəran rayonunun Vilvan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili piyada, Vilvan kənd sakini 1967-ci il təvəllüdlü Hüseyn Yəhya oğlu Əliyevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1860
avatar

Oxşar yazılar