Lənkəran şəhərinin Nizami küçəsində “Opel” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində ölən və yaralıların şəxsiyyəti məlum olub.
Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, “Opel” markalı avtomobilin sürücüsü, Lənkəran rayon Şovu kənd sakini 1968 il təvəllüdlü Natiq Bayram oğlu Rüstəmov hadisə yerində dünyasını dəyişib. “VAZ-2107” sürücüsü, Lənkəran şəhər sakini 2001-ci il təvəllüdlü Əli Rasim oğlu Rufullazadə və sərnişinlər - 2000-ci il təvəllüdlü Abbas Etibar oğlu Quluzadə və 1998-ci il təvəllüdlü Ülvi Ağakamal oğlu Bayramzadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Ülvi Bayramzadənin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda baş verən qəza ilə bağlı araşdırma aparılır.
***
00.58
Bu dəqiqələrdə Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə xəstəxanaya yaxın ərazidə qeydə alınıb. Təcili tibbi yardımdan verilən məlumatda bildirilir ki, hadisə yerinə iki təcili yardım avtomobili göndərilib. İlkin xəbərə görə qəza nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.