Lənkəran rayonunun Boladi kəndində iki nəfər dəm qazından zəhərlənib, onlardan biri yeniyetmədir.
Lent.az APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər kənd sakinləri 59 yaşlı Nuriyyə Balağa qızı Əhədova və 16 yaşlı F.Əhədovadır.
Hər iki şəxs təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri xəstəxanada davam etdirilir.