Lənkəran rayon ərazisindəki evlərin birindən 7900 dollar və 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Lənkəran rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Şıxcanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.