Lənkəranda DƏHŞƏT : qardaş qardaşı bıçaqladı
08 oktyabr 2025 22:02 (UTC +04:00)

Lənkəranda DƏHŞƏT: qardaş qardaşı bıçaqladı

0

Lənkəranda bıçaqlanma hadisəsi olub.

Lent.az-ın verdiyi xəbərə görə Lənkəran rayonunun Liman şəhər sakini 2003-cü il təvəllüdlü Camal Fərhad oğlu Abdullayev sol döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. O, dərhal əməliyyat blokuna alınıb.

İlkin məlumata görə Camal Abdullayev qardaşı tərəfindən bıçaqlanıb.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Faktla bağlı araşdırma aparılır. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar