Bakıda avtoxuliqan həbs olunub.
Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "BYD" markalı nəqliyyat vasitəsinin sürücüsü DYP əməkdaşları tərəfindən Vəzirov İbrahim saxlanılıb.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü İ.Vəzirovun idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 1 ay müddətinə inzibati qaydada həbs edilib.