Lənkəranda DƏHŞƏT:  oğurluğa girdiyi evi yandırdı
26 dekabr 2023 09:20 (UTC +04:00)

Lənkəranda DƏHŞƏT: oğurluğa girdiyi evi yandırdı

Lənkəranda baş verən oğurluq hadisəsinin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, cari ilin fevral ayının 2-də Lənkəran rayon Boladi kəndinin ərazisindəki evlərdən birinin yanması və həmin evdən 1 ədəd ov tüfənginin oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Lənkəran şəhər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində həmin yaşayış evinin Boladi kənd sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Şaiq Mirzəyev tərəfindən yandırıldığı məlum olub.

Belə ki, həmin şəxs həmkəndlisinin evinə gizli yolla daxil olaraq oradan "İJ" markalı ov tüfəngini oğurladıqdan sonra həmin evi yandırıb. Ş.Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb və oğurlanan silah aşkarlanaraq maddi sübut kimi götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3648
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21