Lənkəranda AİLƏ DRAMI:  Arvadının və övladının həsrətinə dözməyən kişi intihar etdi
15 iyul 2024 11:07 (UTC +04:00)

Lənkəranda AİLƏ DRAMI: Arvadının və övladının həsrətinə dözməyən kişi intihar etdi

Lənkəranda intihar hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə Lənkəran şəhərində qeydə alınıb.

Şəhər sakini, 1994-cü il təvəllüdlü Ceyhun Süleymanzadə yaşadığı evdə özünü asıb.

Onun asılmış meyitini ailə üzvləri aşkr edib.

İlkin məlumata görə, Ceyhun Süleymanzadə bir müddət əvvəl həyat yoldaşından ayrılıb. Onun ayrıldığı həyat yoldaşından 1 azyaşlı övladı olub.

İddia olunur ki, arvadının və övladının həsrətinə dözməyərək C.Süleymanzadə çoxlu spirtli içki qəbul etdikdən sonra özünü öldürüb. 

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3648
avatar

Fidan İlqar

Oxşar yazılar