Lənkəran meşələrindəki yanğınla bağlı SON VƏZİYYƏT -YENİLƏNİB
04 avqust 2021 16:05 (UTC +04:00)

Lənkəran meşələrindəki yanğınla bağlı SON VƏZİYYƏT-YENİLƏNİB

Lənkəran rayonu, Moloja kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında baş verən yanğın söndürülüb.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilir ki, avqustun 3-də başlayan yYanğın zamanı 10 ha sahədə kol-kos, quru ağaclar və qismən ağaclar yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) və Aviasiya dəstəsinin helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər tərəfindən söndürülüb.

Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.

***

Saat: 11:43

Lənkəranda meşəlik ərazidə baş verən yanğınlar söndürülüb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti əməkdaşlarının operativ müdaxiləsi nəticəsində Osaküçə meşəbəyliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə baş verən yanğın bu gün məhdudlaşdırılb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

# 3465
avatar

Mehman Nəbiyev

Oxşar yazılar