Laçında hərbçimizin yaralanması ilə bağlı cinayət işi AÇILDI
15 iyun 2023 12:15 (UTC +04:00)

Laçında hərbçimizin yaralanması ilə bağlı cinayət işi AÇILDI

0

Hərbi qulluqçumuzun odlu silahdan açılan atəş nəticəsində yaralanması ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, iyunun 15-i saat 8 radələrində Ermənistan hərbi qulluqçularının həmin ölkə ərazisində yerləşən mövqelərindən Azərbaycanın Laçın rayonunun ərazisində yerləşən Laçın Sərhəd Nəzarət Məntəqəsində xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına qarşı müxtəlif çaplı odlu silahlardan atəş açılıb. Nəticədə DSX-nin hərbi qulluqçusu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri alıb.

Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir və digər zəruri istintaq hərəkətləri aparılır.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29,120.2.1,  29,120.2.3, 29,120.2.4 və 29,120.2.11, 29,120.2.12-ci (bir qrup şəxs tərəfindən xidməti vəzifəsini yerinə yetirən şəxsi ümumi təhlükəli üsulla, terrorçuluqla əlaqədar və milli düşmənçilik niyyəti ilə öldürməyə cəhd), 214.2.1. 214.2.3 və 214.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə ağır nəticələrə səbəb olan  terrorçuluq) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Elşən Rüstəmov hərbi hospitala yerləşdirilib və vəziyyəti hazırda stabildir.

Baş vermiş hadisənin təfərrüatları barədə hadisə yerinin müayinəsi və digər istintaq hərəkətləri keçirildikdən sonra ətraflı məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1813

Oxşar yazılar