Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın yolunda aksiyanı davam etdirir.
Lent.az-ın məlumatına görə, APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları ekoloji terror, yataqların qanunsuz istismarı əleyhinə şüarlar səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.
Aksiya ikinci gecədir fasiləsiz davam edir.
Aksiya iştirakçıları dövlət himnini səsləndirib, daha sonra milli musiqi sədaları altında şüarlarını deyiblər.
Ekofəallar aksiyanı tələbləri yerinə yetənə qədər davam etdirmək niyyətindədir.