Laçın-Xankəndi yolu: Aksiyaların 79-cu günü
28 fevral 2023 08:45 (UTC +04:00)

Laçın-Xankəndi yolu: Aksiyaların 79-cu günü

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Lent.az APA-ya istinadla xəbər verir ki, aksiya gecə boyu da  davam edib.
Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar. 

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1332
avatar

Oxşar yazılar