Laçın rayon sakini Qubada bacısını  bıçaqladı
23 sentyabr 2025 15:59 (UTC +04:00)

Laçın rayon sakini Qubada bacısını bıçaqladı

0

Quba rayonunun Xucbala kəndində bıçaqlanma olub.

Lent.az xəbər verir ki, 36 yaşlı Laçın rayon sakini Şamama Salam qızı Kərimovaya kəsici alətlə müxtəlif dərəcəli xəsarətlər yetirilib.

O, ağır vəziyyətdə Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, əməliyyat olunub, hazırda müalicəsi davam etdirilir.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı 31 yaşlı Məhərrəmov Murad Salam oğlu saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları aparılır.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 374

Oxşar yazılar