Kursa gedən məktəbli qız YOXA ÇIXDI  - YENİLƏNİB
26 oktyabr 2022 13:20 (UTC +04:00)

Kursa gedən məktəbli qız YOXA ÇIXDI - YENİLƏNİB

Masallıda itkin düşən yeniyetmə qız tapılıb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məlumat verib.

Onun sözlərinə görə, Masallı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1 gündən sonra həmin şəxsin yeri müəyyən olunub və tapılaraq ailəsinə təhvil verilib.

***
Saat: 09:53

Masallıda yeniyetmə qız itkin düşüb.

Lent.az xəbər verir ki, Masallı şəhər sakini 16 yaşlı Məmmədova Məleykə Şəmsəddin qızı tibb kursuna getmək adı ilə evdən çıxaraq, bir daha geri qayıtmayıb. M. Məmmədova evdən çıxarkən özü ilə şəxsiyət vəsiqəsini də götürüb.

Həmçinin itkin düşən qız 1-ci sinif şagirdidir.

Hazırda rayon Polis Şöbəsində araşdırma aparılır.

# 5139
avatar

Mehman Nəbiyev

Oxşar yazılar