Kürəkən qayınatasını BIÇAQLADI
25 fevral 2022 05:15 (UTC +04:00)

Kürəkən qayınatasını BIÇAQLADI

1

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə şəhərin Natavan qəsəbəsində qeydə alınıb.

1974-cü il təvəllüdlü Həsənov Əkbər Xıdır oğlunun, kürəkəni 1997-ci il təvəllüldü Babayev Mehmnadar Mahir oğlu ilə mübahisəsi düşüb.

Bu zaman sonuncu Ə.Həsənova 2 bıçaq vurub. O, qarnının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdilib. Dərhal xəstə əməliyyat edilib,vəziyyətinin kafi olduğu bildirilir. Hadisəni törədən şəxs isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1763

Oxşar yazılar