Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Lent.az-a bu barədə FHN-dən bildirilib.
Qeyd edilib ki, 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
13.04.2024
10:48
Kür çayının Ağcəbədi rayonundan keçən hissəsində 2 nəfər batıb.
FHN-dən Lent.az-a verilən xəbərə görə, hadisə rayonun Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, Kür çayında batan şəxslər 2018-ci il təvəllüdlü Səma Süleymanova və atası Vaqif Süleymanovdur.