Aşkarlanan qızıllar
20 aprel 2022 10:51 (UTC +04:00)

Aşkarlanan qızıllar

Külli miqdarda qızılın Azərbaycandan çıxarılmasına imkan verilmədi - FOTO

Azərbaycandan Qazaxıstana gedən şəxsin əl baqajları yoxlanılıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda gəmi nəqliyyat vasitəsi ilə Qazaxıstana gedən Azərbaycan vətəndaşının müşayiət olunan əl baqajlarına “X-Ray” rentgen qurğusunda baxış keçirilib. Baxış zamanı monitorda şübhəli cizgilər müşahidə olunduğundan əl baqajında yoxlama aparılıb və çantalardan birindəki çoxfunksiyalı radioqəbuledicinin içərisindən yapışqanlı lentlə bir-birinə bərkidilmiş 8 ədəd bükülü aşkar edilib.

Keçirilən gömrük baxışı nəticəsində həmin bükülülərdən gömrük orqanına bəyan olunmayan, gömrük nəzarətindən gizlədilən 172,56 qram qızıl-zinət əşyaları - 13 ədəd üzük və 13 cüt sırğa aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

# 2559
avatar

Mehman Nəbiyev

Oxşar yazılar