Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisələrdən biri mayın 4-də saat 6:30-da “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 ədəd bağlamada ümumi çəkisi 15 kiloqram 862 qram narkotik vasitə (14 kiloqram 906 qram narkotik vasitə marixuana, 676 qram heroin, 280 qram metamfetam) və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1500 ədəd metadon M-40 həbi aşkar olunub.
Mayın 5-də saat 20:30-da “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 1 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 720 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.