Siqaretlərin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, "Qırmızı Körpü" gömrük postunda Azərbaycana gələn "Mercedes-Benz" və "Man" markalı yük nəqliyyat vasitələri saxlanılıb və sürücüləri şifahi sorğu-sual olunub.
Bu zaman hər iki sürücü idarə etdikləri nəqliyyat vasitələrində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildiriblər.
Lakin gömrük baxışı zamanı yük nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən 4600 ədəd "Marlboro touch" markalı siqaret aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.