Gömrük postlarında qanunsuz daşınan əşyalar aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq dəniz ticarət limanı” gömrük postunda gəmi ilə ölkəmizə daxil olan minik avtomobilində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 84 ədəd spirtli içki və 1200 ədəd siqaret aşkar edilib.
Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun ixrac nəzarət xəttinə daxil olan “Volvo” markalı avtomobilin sürücüsünün üzərində yoxlama zamanı isə gömrük orqanına bəyan edilməyən 5340 ABŞ dolları aşkar olunub.
Hər iki faktla bağlı araşdırma aparılır.