Küləyə görə 5 kənd işıqsız qaldı
05 fevral 2022 20:08 (UTC +04:00)

Küləyə görə 5 kənd işıqsız qaldı

Güclü külək Qax rayonun beş kəndini işıqsız qoyub.  

Lent.az-ın APA-ya istinadla məlumatına görə, günorta saatlarından rayonun bəzi ərazilərində güclü küləklə müşahidə edilən  hava şəraiti hökm sürür. 

Güclü külək nəticəsində rayonun Alatəmir kənd ərazisində iri gövdəli qoz ağacı elektrik xəttinin üzərinə aşıb. Nəticəsində elektrik xətləri qırılıb.  Bu səbəbdən rayonun Alatəmir, Turaclı,  Marsan, Fıstıqlı və Cüdüllü kəndlərinə elektrik enerjisinin verilməsində fasilə yaranıb. 

Hazırda Qax rayon Elektrik Şəbəkəsinin əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.

Yaxın saatlarda elektrik enerjisinin verilməsi bərpa olunacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2313
avatar

Oxşar yazılar