Aprelin 12-də saat 17:00-dan başlayaraq əsən güclü külək Tərtər rayonunda bir sıra fəsadlar törədib.
Küləyin təsirindən iri gövdəli ağaclar aşaraq Tərtər şəhərində və kənd yaşayış məntəqələrində vətəndaşlara məxsus yaşayış evlərinin dam örtüyünə ciddi ziyan vurub.
Tərtər rayon icra hakimiyyətindən Lent.az-a verilən məlumata görə, rayonun elektrik təsərrüfatına da ziyan dəyib. Tərtər şəhəri ərazisində işıqlanma dirəkləri aşıb. Elektrik dirəklərinin aşması nəticəsində isə Tərtər şəhəri ərazisinə və bir sıra kəndlərə enerjinin verilişində fasilələr yaranıb.
Hazırda rayon Fövqəladə Hallar komissiyası tərəfindən dəymiş ziyanın dəqiqləşdirilməsi və aradan qaldırılması istiqamətində iş aparılır.
Hazırda Bərdə, Tərtər və Ağdamda elektrik enerjisi yoxdur.