Külək qəsəbə sakinlərini işıqsız qoydu
23 mart 2021 13:45 (UTC +04:00)

Külək qəsəbə sakinlərini işıqsız qoydu

Gecədən əsən güclü külək Abşeron rayonu ərazisində bir sıra fəsadlar yaradıb.

Lent.az-ın xəbərinə görə, güclü külək bu gün səhər saatlarında rayonun Saray qəsəbəsi sakinin evinin dam örtüyünü uçurub.

Dam örtüyünün ərazidən keçən elektrik enerjisi xəttinin üzərinə düşməsi nəticəsində qəsəbə ərazisinin bir hissəsinin elektrik enerjisi verilişində fasiləyə səbəb olub, infrastruktura ciddi ziyan dəyib.

Qəzanın nəticələrini aradan qaldırmaq üçün hadisə yerinə "Azərişıq" ASC-nin əməkdaşları cəlb edilib.

"Azərişıq"dan APA-ya verilən məlumata görə, istehlakçıların elektrik enerjisi ilə təchizatı ən qısa zamanda bərpa ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1779
avatar

Oxşar yazılar