Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
24 yanvar 2025 16:03 (UTC +04:00)

Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA

Bir neçə tanışının etibarından sui-istifadə edərək külli miqdarda dələduzluqda təqsirləndirilən Karlen İskəndərovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. 

Lent.az-ın əldə etdiyi məlumata əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı prokuror Tural Yaqubov ittiham aktını elan edib 

İstintaq materiallarında qeyd olunub ki, Karlen İskəndərov qəsdən, öz qulluq mövqeyindən istifadə etməklə, təkrarǝn, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq edib.

Belə ki, təqsirləndirilən şəxs paytaxtın Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyində cari təmir, abadlaşdırma, yaşıllıq sahəsinin rəisi vəzifəsində işləyən zaman qulluq mövqeyindən istifadə edərək tanışı Etiraf Nağıyevin etibarından sui-istifadə etməklə ona, 2018-ci il ərzində Xətai rayonu Ukranya dairəsinin qarşısında yerləşən "Heydər Əliyev" parkında oyun avadanlıqları yerləşdirmək barədə yalan vəd verib aldadaraq, ümumilikdə 64 min manat məbləğində dələduzluq edib.

Bundan başqa, o, tanışı Xanlar Bayramova paytaxtın Xətai rayonu, Zeytun küçəsində yerləşən 8 sot torpaq sahəsinin rəsmiləşdirilməsi üçün köməklik göstərəcəyinə dair vəd verib aldadaraq, 17 min manat dələduzluq edib.

Bundan başqa, K.İskəndərov, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qax şəhər sakini Elmir Zərifovun etibarından sui-istifadə edərək sonuncunun həyat yoldaşı Pəri Zərifovanı Qax Dövlət Kukla Teatrına müdir düzəldəcəyi vədini verib inandıraraq ümumilikdə 30 min manat məbləğində pulunu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq edib.

Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyib. 

Məhkəmənin növbəti iclası fevralın 28-nə təyin edilib. 

Karlen İskəndərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Məlumat üçün bildirək ki, təqsirləndirilən şəxs əvvəllər də analoji cinayət əməlinə görə dəfələrlə məhkum olunub. O, Xətai rayonunun keçmiş icra başçısı Razim Məmmədovun yaxın qohumudur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2556

Oxşar yazılar

Şəkidə məhkum öldü

Şəkidə məhkum öldü

18 aprel 2025 , 09:54
Bir günə kartlardan 51 min manatdan çox  pul oğurlandı

Bir günə kartlardan 51 min manatdan çox pul oğurlandı

18 aprel 2025 , 09:41
Bakıda maşın 82 yaşlı kişini vurub öldürdü

Bakıda maşın 82 yaşlı kişini vurub öldürdü

18 aprel 2025 , 09:37
DTX-nın saxladığı hakerin məhkəməsi  keçirildi

DTX-nın saxladığı hakerin məhkəməsi keçirildi

18 aprel 2025 , 09:10
Universitetdə ATIŞMA:  5 nəfər öldü-VİDEO

Universitetdə ATIŞMA: 5 nəfər öldü-VİDEO

17 aprel 2025 , 22:57
Astarada tanınmış bərbər  özünü asdı

Astarada tanınmış bərbər özünü asdı

17 aprel 2025 , 20:17
Kişi cinsi əlaqədən sonra  irada görə qadını   öldürdü

Kişi cinsi əlaqədən sonra irada görə qadını öldürdü

17 aprel 2025 , 19:59
Lənkəranda qadın "Chevrolet"i kanala aşırdı  və...

Lənkəranda qadın "Chevrolet"i kanala aşırdı və...

17 aprel 2025 , 19:52