Naməlum şəxs hamilə qadına qarşı zor tətbiq edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə İngiltərənin paytaxtı Londonda baş verib. Kimliyi hələ ki, bilinməyən kişi küçənin ortasında 27 həftəlik hamilə olan qadının başına yastıq üzü keçirərək döyməyə başlayıb. O, qadını yumruqlayandan sonra isə əks tərəfə qaçıb.
Baş verən cinayət hadisəsi təhlükəsizlik kamerasına yansıyıb. Xəstəxanaya aparılan hamilə qadının və körpənin vəziyyətin normal olduğu bildirilir.
Naməlum kişinin tapılaraq məsuliyyətə cəlb olunması üçün axtarış tədbirləri davam etdirilir.