Küçə "yolka"sını oğurlayıb sevgilisinə hədiyyə etdi
30 dekabr 2023 14:25 (UTC +04:00)

Küçə "yolka"sını oğurlayıb sevgilisinə hədiyyə etdi

0

Omskda qeyri-adi yeni il oğurluğu hadisəsi baş verib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, oğlan sevgilisini sevindirmək üçün küçədən “yolka” formasında ağac kəsiblər.

Ağacın oğurlanmasında əvvəllər dəfələrlə məhkum olunmuş, qonşu evdə yaşayan 28 yaşlı vətəndaşın əli olduğu müəyyən edilib.

Məlum olub ki, o, ağacı böyük qardaşı ilə birlikdə mişarla kəsərək yeni il hədiyyəsi kimi qıza gətirib. Kişilər hətta “yolka” bəzəyərək hamamda gizlədə biliblər. Lakin polis ağacı aşkar edib.

Nəticədə “yolka” götürülməyib, amma onun oğruları saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3760

Oxşar yazılar