Xarkovda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan kriminal avtoritet, “Qonçarik” ləqəbli Mixail Qonçarenkonun 33 yaşlı qızı intihar edib.
Lent.az-ın Ukrayna mediasına istinadla məlumatına görə, yanvarın 29-da qadın 5-ci mərtəbənin pəncərəsindən yıxılaraq ölüb. Hazırda polis intiharın depressiya səbəbindən olması versiyasını yoxlayır.
“Qonçarik” fiziki zorakılıqla hədələyərək yerli şirkət rəhbərindən 250 min dollar tələb etməkdə günahkar bilinir.
Yanvarın 17-də ölənin atası 150 min dolları alanda saxlanılıb. Onun 7 ildən 12 ilədək azadlıqdan məhrum edilməsi cəzası gözləyir. Ayın 19-da onun barəsində həbs qətimkan tədbiri seçilib.