Köşk satıcısı 200 min dəyərində  lotereya bileti   oğurladı: heç nə udmadı
04 avqust 2025 11:59 (UTC +04:00)

Köşk satıcısı 200 min dəyərində lotereya bileti oğurladı: heç nə udmadı

Kubanda köşk satıcısı böyük uduş ümidi ilə iş yerindən mindən çox lotereya bileti oğurlayıb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Krasnodar diyarının Daxili İşlər İdarəsi məlumat yayıb. 

Pavlovskaya kəndindəki pərakəndə satış məntəqəsinin 53 yaşlı əməkdaşı dəyəri 200 min rubldan çox (2500 dollara yaxın) olan mindən çox ani lotereya biletini oğurlayıb. O, bir neçə gün böyük bir uduş ümidi ilə biletlərin üzərindəki qoruyucu təbəqəni gizlicə silib, amma heç nə qazanmayıb.

Ərizəçinin sözlərinə görə, mağazaların birində satışlar kəskin artdıqdan sonra işçi əlaqə qurmağı dayandırıb. Yoxlama zamanı çatışmazlıq aşkar edilib. Faktla bağlı dələduzluq maddəsi ilə cinayət işi açılıb; oğrunu iki ilə qədər həbs cəzası gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 402

Oxşar yazılar