Cəlilabadda aktiv koronavirus xəstəsi işlədiyi mağazada aşkarlanıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəlilabad şəhər sakini Toğrul Cəbrayılova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.
Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxs işlədiyi “Dəftərxana ləvazimatları” mağazasında aşkarlanıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.