Qaxda koronavirus xəstəsi çayxanada aşkarlanıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Qıpçaq kənd sakini Tural Abdıyevə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.
Polis əməkdaşları həmin şəxsi kənd ərazisindəki çayxanada aşkarlayıb.İnfeksiyanın yayılmasına şərait yaradan T.Abdıyev tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb.
Onun barəsində Qax rayon Polis Şöbəsində araşdırma aparılır.