Bakıda qadına qarşı dələduzluq edilib.
Lent.az-ın məlumatına görə, paytaxt sakini olan K.A adlı qadın Cənubi Koreyadan 18 min manata “Hyundai Santa Fe” markalı avtomobil gətirtmək istəyib. İttihama əsasən, təqsirləndirilən şəxs A. Həsənov da ona kömək etməyi boynuna götürüb.
O, bunun əvəzində qadının “Kia Sportage” markalı avtomobilini “barter” edib. Ancaq sonda ortada nə “Kia” olub, nə də “Hyundai Santa Fe”. Aldadıldığını görən qadın hüquq-mühafizə orqanlarına müraciət edib.
Nəticədə A. Həsənov dələduzluqda təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Məsələyə, Binəqədi rayon Məhkəməsində baxılacaq.