Kömür şaxtasından təxliyə başa çatdı – TƏLƏFAT YOXDUR
19 dekabr 2021 21:22 (UTC +04:00)

Kömür şaxtasından təxliyə başa çatdı – TƏLƏFAT YOXDUR

Rusiya Federasiyasının Kemerovo vilayətindəki şaxtada  qalan 128 nəfər Yer üzərinə çıxarılıb.

Lent.az-ın TASS agentliyinə istinadla xəbərinə görə, qəza vəziyyətinin yaranması nəticəsində ölən olmayıb. İlkin məlumata görə, şaxtada kömür laylarının qızması baş verib. Həyəcan siqnalı işə düşdüyü üçün xilasetmə əməliyyatı başlayıb.

***

20.15

Lent.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Kemerov vilayətində A.D Ruban adına şaxtada olan 128 nəfərdən 120-i artıq xilas edilib.
Evakuasiya prosesi davam edir.

Hadisə yerində prokurorluq əməkdaşları işləyir.

***

19.58

Kuzbasdakı Ruban mədənində yanğın baş verib.

Lent.az bildirir ki, bu barədə “RİA Novosti” fövqəladə hallar xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Mədəndə 128 işçinin olduğu qeyd edilir. Hazırda onlar çölə çıxarılır.

Noyabrın 25-də Kemerovo vilayətinin Belovo şəhərindəki “Listvyajnaya”mədənində metan partlayışı baş verib. Nəticədə 51 nəfər ölüb, 106 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2865
avatar

Oxşar yazılar