Mingəçevirdə evdən meyit tapılıb.
FHN-dən Lent.az-a verilən xəbərə görə, Mingəçevir şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 59 yaşlı Əliyev Nizami Məcnun oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.