Şirvan sakini sirkə turşusundan zəhərlənərək ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 41 yaşlı Muradov Samir Vaqif oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Onun sirkə turşusundan zəhərləndiyi bildirilir.
Faktla bağlı Şirvan şəhər Prokurorluğunda araşdırma aparılır.