Moskva vilayətində kişi qadını çəkiclə döyərək öldürüb.
Lent.az xəbər verir ki, Voskresensk sakini hadisədən sonra özü polisə təslim olub.
Müstəntiqlərin məlumatına görə, dekabrın 19-na keçən gecə Qubino kəndində kişi birgə yaşadığı qadınla məişət zəminində münaqişə yaşayıb.
Mübahisə zamanı 40 yaşlı kişi çəkic götürərək qadını döyüb öldürüb.
Dindirilmə zamanı o, təqsirini etiraf edib.