Bakıda intihara cəhd hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, mayın 4-ü saat 21 radələrində Səbail rayonu ərazisindəki Milli Parkda kişi sərxoş vəziyyətdə özünü dənizə atıb. O, ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində xilas edilib. Həmin şəxsin Quba rayon sakini Novruz Novruzov olduğu məlum olub.
Polis əməkdaşları ona ilkin tibbi yardım göstərərək xəstəxanaya çatdırıblar. N.Novruzova xəstəxanada da tibbi yardım göstərilərək ambulator müalicə alması üçün evə buraxılıb.
Araşdırma aparılır.