Moskva metrosunda qızın yanmasına səbəb olan kişi barəsində cinayət işi açılacaq.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, Moskva prokurorluğunun mətbuat xidməti xəbər verir ki, insident metronun “Tsaritsıno” stansiyasının küçəaltı keçidində baş verib. 49 yaşlı kişi mini kafedə isti çay sifariş edib, sonra çayı 20 yaşlı işçinin üstünə atıb və qaçıb.
Xəsarət alan qızın həkimlərin köməyinə ehtiyacı olduğu qeyd edilir. Hücum edən şəxs tezliklə saxlanılıb.