Mingəçevirdə qətl hadisəsi baş verib.
Aprelin 14-də saat 18 radələrində Mingəçevir şəhəri ərazisində 1997-ci il təvəllüdlü Şaxanım Ələkbərovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Prokurorluqdan Lent.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalar zamanı qətl hadisəsini zərərçəkmişin keçmiş əri 1994-cü il təvəllüdlü Yasin Məhərrəmov tərəfindən törədilməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Yasin Məhərrəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Y.Məhərrəmov münaqişə zamanı Şaxanım Ələkbərovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.