Kirayəçi 85 yaşlı ev sahibini benzin töküb yandırdı
15 iyun 2023 19:53 (UTC +04:00)

Kirayəçi 85 yaşlı ev sahibini benzin töküb yandırdı

1

Sankt-Peterburqda kirayəçi benzin tökərək 85 yaşlı ev sahibini yandırıb.

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, təqaüdçü iyunun 15-də ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Bədəninin təxminən 50 faizi yanıq xəsarətləri alıb.

Məlum olub ki, onun evində kirayədə qalan şəxs zərərçəkənə benzin töküb yandırıb. Şübhəli saxlanılıb.

Baş verənlərin digər təfərrüatları araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2276

Oxşar yazılar