Kimyəvi maddə içdi, xəstəxanada öldü - YENİLƏNİB
28 mart 2021 21:07 (UTC +04:00)

Kimyəvi maddə içdi, xəstəxanada öldü - YENİLƏNİB

Şirvanda intihar etmək məqsədilə kimyəvi maddə içən şəxs dünyasını dəyişib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 34 yaşlı Fuad Tağıyevin yerləşdirildiyi Şirvan xəstəxanasında həyatını xilas etmək mümkün olmayıb.

Faktla əlaqədar istintaq araşdırmaları aparılır.

***

Saat 18:43

Şirvan sakini kimyəvi maddə içərək intihara cəhd edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1987-ci il təvəllüdlü Tağıyev Fuad Daxıl oğlu kimyəvi maddə içərək intihara cəhd edib.

O ağır vəziyyətdə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1800
avatar

Oxşar yazılar